Son Bavariya monarxı III Lüdviqin 40 yaşlı nəvəsi, Şahzadə Lüdviq Hollandiya və Kanada kökləri olan Sinqapur əsilli, 32 yaşlı Sofiya-Aleksandra Evekinklə evlənib.
Uvertüra.az xəbər verir ki, toy Münhendəki Müqəddəs Kayetan kilsəsində baş tutub.
Mərasim “Bild” qəzeti tərəfindən “İlin ən böyük alman kral hadisəsi” adlandırılıb. “People”nin məlumatına görə, “Reem Acra”dan olan gəlinlik Bavariyada xüsusi olaraq tikilib, Kanada və Hollandiya detalları ilə bəzədilmiş duvaq isə Ukraynanın “WONA” brendi tərəfindən hazırlanıb.