“Carrie” (2013) filminin aktrisası Samantha Weinstein xərçəng ilə davam edən uzun mübarizədən sonra 28 yaşında ikən vəfat edib.
Uvertüra.az xəbər verir ki, kanadalı aktrisanın sosial media hesabatında paylaşılan məlumatda qeyd edilib ki, o, mayın 14-də Toronto şəhərində sevdiklərinin əhatəsində həyat ilə vidalaşıb.
Qeyd edək ki, aktrisa 6 yaşından bəri sektorda olub, bir sıra filmlərdə yer alıb, məsələn, “Big Girl”, “The Stone Age” və “Toronto Stories” və s. bura daxildir.