“SOY production”ın rəhbəri, aktrisa Dilarə Əliyeva AStar verilişinə qonaq olub.
Uvertura.az xəbər verir ki, o 42 dəqiqə davam edən videomüsahibəsi çərçivəsində mərhum yoldaşı Oqtay Əliyevdən, onun xatirəsindən və ailəsindən bəhs edib.
Onun sözlərinə əsasən Oqtayın vəfatına səbəb həkim rəyinə görə hadisə yerində aldığı travmalar olub: “Oqtayın səhhəti ilə bağlı bir problemi olmayıb, sadəcə son vaxtlar artıq çəki almışdı”, – deyə o, əlavə edib.
Dilarə Əliyeva bildirib ki, Oqtay-ın xarakteri necə idisə, ölümü də ona bənzəyib: “Oqtay, hay-küyçü, emosional insan idi. Mən onu dəyişə bilməzdim, artıq bunu qəbul etmişdim. Sadəcə olaraq ona olan münasibətimi dəyişə bilərdim”.
Müsahibəsi çərçivəsində o, əlavə edib ki, həmin gün biz bağa getməməli idik: “Əslində, mən ora getməyəcəkdim, son anda fikrimi dəyişdim. Ancaq nə yaxşı ki, bunu etdim. Yoxsa, mən orda olmasaydım və Oqtaya nəsə olsaydı, o zaman özümü günahkar hiss edərdim”.
O, əlavə edib ki, hazırda işlərinə fokuslanıb və çalışır ki, gördüyü işlər ilə Oqtayın ruhunu şad etsin.