Gənc yaşlarından uğur əldə edən, Oskar mükafatı qazanan aktirsa Julia Roberts-in son onilliklərdir ki, real həyatındakı yeganə rolu Danny Moder-in həyat yoldaşı olmaq və əkiz övladları Hazel, Phinnaeus və Henry üçün ana olmaqdan ibarətdir.
Uvertura.az e-news nəşrinə istinadən xəbər verir ki, hətta ulduz evdə o qədər ailəsi ilə vaxt keçirir ki, uşaqları onun məşhur olduğuna da şübhə edir və ona belə suallar verirlər: “Doğrudur ki, sən məşhursan? Taylor Swift-dən (amerikalı müğənnini nəzərdə tuturlar-red.) də məşhursan?”.
Julia Roberts isə müsahibələrinin birində qeyd edib ki, o, illər ərzində ona yaşamaq üçün lazım olan məbləği toplaya bilib, ona görə də indi istədiyi həyatı yaşayır.
Qeyd edək ki, nəşrin yazdığına əsasən o, artıq ana olan zaman karyerasından geri çəkilib və doğrudur ki, aktrisa həmin zaman özünün Holivud arzusunu reallaşdıra bilmişdi.