Türkiyənin super ulduzu Ebru Gündəş Azərbaycana gəlib.
Uvertura.az yerli mətbuata istinadən xəbər verir ki, sənətçi Şəmkir rayonunun Şiştəpə kəndində təşkil olunan dəbdəbəli toy məclisində səhnə almaq üçün vətənimizə təşrif buyurub. Lüks villada təşkil olunan toyda türkiyəli müğənni şəxsi ansamblı ilə birlikdə gəlib.
Ebru Gündeş toy başlamazdan öncə musiqiçiləri ilə səhnədə məşq edib. Məclisin aparıcısı Leyla Quliyeva olub. Bəzi mənbələrdə isə qeyd edilir ki, o toyu aparmaq üçün 250 000 dollar pul alıb.