Mədəniyyət naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Azərbaycan Dövlət Pantomima Teatrında olub.
Nazirlikdən Uvertura.az-a bildirilib ki, nümayəndə heyətinə teatrın tarixi, fəaliyyəti, yaradıcılıq nailiyyətləri, o cümlədən beynəlxalq festivallarda Azərbaycan teatr sənətini uğurla təmsil etməsi barədə məlumat verilib.
Nazir Dövlət Pantomima Teatrının binası, kollektivin yaradıcılıq şəraiti, truppası və repertuarı ilə tanış olub.
Sonra nazirliyin kollektivi teatrın repertuarından iki nümunəyə tamaşa edib.
Teatrın artistlərinin ifasında Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Pantomim buketi” və Bəhruz Əhmədlinin quruluşunda A.Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “6+1 palata” tamaşaları nümayiş olunub.
Hər iki səhnə əsəri maraqla qarşılanıb. Nazir Pantomima Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.