Super ulduz Madonna dünya turu ərəfəsində səhhətində yaranan problemlə bağlı bir neçə həftə davam edən səssizlikdən sonra ilk dəfə açıqlama verib.
Uvertura.az xəbər verir ki, müğənni özünün rəsmi “Facebook” səhifəsində bu sözləri yazıb:
“Sizə müsbət enerjinizə görə təşəkkür edirəm. Dualarınız və xoş sözlərinizin sağaldıcı və cəsarətləndirici təsiri oldu. Sevginizi hiss etdim. Mən sağalmaq üzrəyəm və şəfa diləyən hər kəsə çox minnətdaram. Hospitalda oyanan zaman ağlıma ilk gələn düşüncə övladlarım oldu. İkinci isə mənim konsertim üçün bilet alan şəxsləri məyus etmək ilə bağlı düşüncə idi. Həmçinin son bir neçə ayda şoumu təşkil etmək üçün yorğunluq bilmədən çalışan komandanı da məyus etmək istəmirəm. Kimisə məyus etməkdən nifrət edirəm. Hazırda diqqətim sağalmaq, daha güclü olmaqdır və inandırıram ki, bacardığım qədər tez geri qayıdacağam. Həmçinin planım Şimali Amerika turu ilə bağlı yeni bir vaxt təyin etmək və oktyabrda isə Avropa turunu reallaşdırmaqdır. Qayğınız və diqqətinizə görə çox mütəssirəm.
Sevgilərlə, Madonna”.