Bu gün Hollivud aktyorları böyük studiyalar və yayım şirkətləri ilə ödənişlərin artırılması ilə bağlı razılığa gəlmədən tətilə başlayıblar.
Uvertura.az xəbər verir ki, bu barədə rəsmi dairələrdən məlumat verilib.
Bildirilir ki, mövcud yayım modeli aktyorların filmlərin təkrar nümayişindən qazanc əldə etmələrini çətinləşdirir və yüksək inflyasiya onların dolanışıqlarını təmin etmək imkanlarını zəiflədir.
Qeyd edək ki, etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir.