UNESCO 14-25 yaşlı gənc fotoqraflar arasında beynəlxalq fotomüsabiqəyə görə çağırış edib.
Uvertura.az xəbər verir ki, müsabiqə “İpək Yolları Gənclərin gözü ilə” adlanır.
Yarış iştirakçıları 2 yaş qrupuna ayrılıb, 14-17 və 18-25. 2018-ci ildən Azərbaycanda da təşkil edilən müsabiqənin təşəbbüskarı isə məşhur fotoqraf Reza Deghati olub və 5-ci dəfədir ki, təqdim ediləcək. Bu ilin mövzuları isə abidələr, memarlıq və urbanizasiya olacaq. Bildirək ki, müsabiqə iyulun 31-də başa çatacaq və 1-3-cü yerlərin sahibləri rəqəmsal kameralar ilə mükafatlandırılacaq. İştirakçılar maksimum 20 foto yükləməlidirlər və onların formatı isə JPEG, yaxud JPG olmalıdır.
Müsabiqəyə qoşulmaq üçün link https://unescosilkroadphotocontest.org/en/node/3