Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb.
Uvertura.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, 37 ölkənin üzgüçülərinin qatıldığı turnirdə həmyerlimiz 200 metr batterflyay üsulunda üzmədə yalnız yerli idmançı, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin tələbəsi Roman Şevlyakovdan geri qalıb.