TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclasında qəbul olunmuş bəyannamayə əsasən, quruma üzv olan ölkələrin teatr sektorları arasında əməkdaşlıq nəzərdə tutulur.
Uvertura.az xəbər verir ki, bunu Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı daimi nümayəndəsi Elçin Qafarlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, TÜRKSOY-a üzv olan ölkələr arasında festivallara qoşulma, bir-birilərinin pyeslərinə müraciət, həmçinin rejissorluq, operatorluq, rəssamlıq, dizayner seminarlarının təşkili nəzərdə tutulur. Eyni zamanda hər ölkədə keçirilən festivalda qarşılıqlı iştirak planlaşdırılır.