“Bu yaxınlarda Musiqi Forumu keçirildi. Orada çox gözəl təkliflər irəli sürüldü. Buradan bir neçə təklifimi mən də demək istəyərdim. Ən vacibi odur ki, taksi sürücüləri maşında və ya salon işçiləri salonda, baxıb görürəm ki, havalandırma veriblər, günəş işığı yoxdur, zirzəmidə əyləşiblər. Bütün günü manikür, pedikür edirlər. Telefonda da musiqi. Heç dinləmirlər də. Musiqilər də çirkli, yutubdan gələn pis mahnılar. Xanımalar gəlib dırnaqlarını düzəldirlər, amma beyinləri kütləşir”.
Uvertura.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Gün işığında” verilişində qonaq olarkən deyib. O, musiqi ilə bağlı bir neçə tövdiyəsini irəli sürüb:
“Muqisiqini idarə edən yəqin ki, qurumlar olacaq, gəlib baxsınlar, Sovet dövründə hava radiosu var idi, səhər tezdən, 5-6-da “Cəngi” verilirdi, ayılırdıq. Polislər hətta ora da nəzarət etsinlər. Bu, çox gözəl də mümükündür. Yutub olsun, amma necə ki, radarlar var, biz keçəndə cəriməni ödəyirik, bax elə. Mənə tez-tez maşınıma 2000-5000 cərimələr gəlir, musiqi də elə olmalıdır. Bu, dayanacaq müsiqiləri idi, qoy indi də olsun. Pis musiqi yoxdur. İndiki mahnılarda ləhcələr var. Bütün aparıcıların danışığı qoca arvadlarınkına oxşayır. Buna səbəb də panel dişlərdədir. Elə olanda dil təmiz gedib damağa dəymir.
Bu insanlar yazıqdır, “manqurtlaşıblar”. Hava radiosu olsaydı, yutubu nə edirdilər? Varsa, ona qulaq asmayanı cərimə etsinlər. Müəssilər var ki, musiqi ocağıdır, gedirsən oradan musiqi səsi gəlmir. Hətta Fəxri Xiyabanda belə musiqi olmalıdır. Dahi bəstəkarlar orada yatır, qoyun ruhları dincəlsin. Tofiq Quliyevin, Arif Məlikovun, Qara Qarayevin, Asəf Zeynallının əsərləri səslənsin. Quşların səssinin fonunda simfonik musiqi olsun”.