8 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında Türk ədəbiyyatının böyük şairlərindən olan Məhməd Akif Ərsoyun “Seçmə şeirlər” kitabının təqdimatı və Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə TÜRKSOY-un “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medallarının təqdimetmə mərasimi keçirilib.
Uvertura.az xəbər verir ki, tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev Məhməd Akif Ərsoyu bir millətin ruhunda dərin izlər buraxan şairlərdən biri olduğunu, türk dünyasının milli şairləri arasında yer aldığını vurğulayıb. Həmçinin natiq Məhməd Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə TÜRKSOY-un Daimi Şurasının qəbul etdiyi qərarla 2024-cü il Türk Dünyasında Məhməd Akif Ərsoy ili elan edildiyini diqqətə çatdırıb.