ABŞ-li müğənni Frenk Sinatra haqqında filmdə baş rolu Leonardo Di Kaprio oynayacaq.
Uvertura.az xəbər verir ki, filmi tanınmış rejissor Martin Skorseze çəkəcək.
Məlumata görə, Cennifer Lourens filmdə əsas rollardan birinə namizəddir. Aktrisa Sinatranın ikinci həyat yoldaşı Ava Qardner rolunu oynaya bilər.
İnsayderlər qeyd ediblər ki, gələcək filmin distribütoru ya “Apple”, ya da “Sony” ola bilər.
İstehsalın başlaması üçün yeganə problem Frenk Sinatranın varisi ilə bağlıdır. O, hələ də çəkilişlərə razılıq verməyib. Müğənninin özü 1998-ci ildə vəfat edib.
Qeyd edək ki, karyerası ərzində Sinatra “Oskar”, 11 ədəd “Qremmi” və dörd “Qızıl Qlobus” mükafatı qazanıb.