Uvertura.az xəbər verir ki, türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlıses Bakıya gəlib.
“Zaurla Günaydın” verilişində Zaur Baxşəliyev bildirib ki, İbrahim sonuncu dəfə 17 il əvvəl, yəni 2007-ci ilin mayın 31-də Əməkdar artist Nüşabə Ələsgərlinin oğlu Orxanın kiçik toy məclisinə gəlib.
Bu anda verilişdə qonaq olan müğənni Tunar Rəhmanoğlu bildirib ki, o zaman İbrahim Tatlısəs təkcə Nüşabənin övladının məclisində çıxış etmək üçün yox, həm də müalicə almaq üçün Bakıya gəlmişdi.
Tunarın bacısı Günel Zeynalova isə “indi konsert vermək üçün Bakıya gəlib” sözlərini deyib.