İyunun 1-2-də İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar üçün irs” mədəniyyət və yaradıcılıq festivalı keçiriləcək.
Uvertura.az xəbər verir ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi, sənətkarlığı tanıtmaq, yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.