Amerikalı müğənni Madonna pərəstişkarı tərəfindən məhkəməyə verilib.
Uvertura.az xəbər verir ki, Castin Lipeles adlı pərəstişkarı sənətçini konserti zamanı intim əlaqənin simulyasiyasında ittiham edib.
Kişinin dediyinə görə, “Celebration” turu çərçivəsində şounun açıq-saçıqlığı onu heyrətə gətirib. İddiaçı hesab edir ki, müğənni biletləri almamışdan əvvəl insanlara konsertin məzmunu ilə bağlı xəbərdarlıq etməli idi.
Lipeles Madonnanın çıxışının gözləntiləri doğrultmadığını bildirib.