Mc Donald’s yerə zibil atmayanları mükafatlandırır.
Uvertura.az xarici mənbəyə istinadən bildirir ki, Mc Donald’s İsveçdə qida qablaşdırmasının ətrafa atılması səbəbilə yaranan çirklənmə probleminin qarşısını almaq üçün “Zibillə Mübarizə” adlı kampaniyaya başlayıb.
Şirkət qablaşdırmanı zibil qutusuna atan müştəriləri mükafatlandırır. Atılan qablaşdırmanın hansı markaya aid olmasının fərqi yoxdur. Bu onu göstərir ki, istehlakçıların hansı brenddən alış-veriş etməsinə baxmayaraq, Mc Donald’s-a getmək üçün bir səbəbləri olacaq.
Qablaşdırmanı zibil qutusuna atarkən şəklini çəkib Mc Donald’s tətbiqinə yükləyənlər müxtəlif endirimə sahib olurlar.