“Qurdoğlu” adlı tarixi roman işıq üzü görüb.
“Addım” Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyindən uvertura.az-a verilən məlumata görə, Elşən Rüstəmovun müəllifi olduğu bu roman oxucunu XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın və bölgənin taleyüklü hadisələrinə şahidlik etmiş Qurdoğlu ailəsinin həyat yoluna aparır. Əsər Zonuz şəhərindən başlayıb, Qacarlar dövründən keçərək, çar Rusiyası, sovet hakimiyyəti illərini əhatə edir və müasir dövrə qədər uzanır.