Əgər 1 dəb ikonu kifayət etmirsə, bəs 3-nü bir arada görsəniz nə edərdiniz? Söhbət mayın 16-da İtaliyada təşkil edilən tədbirdə bir yerdə foto çəkdirən aktrisalar Zendaya, Anne Hathaway və Priyanka Chopra-dan gedir. Onlar “Bulgari”nin yeni cəvahirat kolleksiyasının təqdimatında iştirak ediblər.
Uvertüra.az xəbər verir ki, hər 3 qadın bahalı brilyant boyunbağıları və əlbisələri ilə də diqqəti cəlb ediblər. Həmin fotonu təqdim edirik.