2021-ci ilin yanvarından etibarən Zəfər Muzeyi üçün eksponatların toplanması İstiqlal Muzeyinə tapşırılıb. Hazırda Zəfər Muzeyi üçün 9255 eksponat toplanmışdır.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli məlumat verib.
Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibələri ilə yanaşı, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərdən əşyaların toplanması işi Zəfər Muzeyinin fəaliyyətə başlamasına qədər davam edəcək.
Sədi Mirseyibli əlavə edib ki, Zəfər Muzeyi üçün həmçinin 44 günlük Vətən müharibəsində şəhid olmuş mülki vətəndaşların əşyaları da toplanır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin 3 dekabrında Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.