Mədəniyyət

Zəfər Günündə “Açıq qapı”

Azərbaycan Dövlət Kukla Teatrı 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti dəfə “Açıq qapı” günü keçirəcək.

Bu barədə Uvertura.az-a Dövlət Kukla Teatrından məlumat verilib.

Belə ki, öz ənənəsinə sadiq qalan sənət ocağı Vətən müharibəsinin qəhrəman şəhid və qaziləri, eləcə də hərbçilərinin övladlarına həmin gün (saat 16.00) “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Tamaşada obrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.

You may also like