Mədəniyyət

Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini bir oxunuşda qəbul edib.

Uvertura.az xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 12-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qanunun 5.2-ci maddəsi yeni redaksiyada təqdim olunur. Yenilənmiş maddəyə görə, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin qorunması ilə bağlı tələblər daha dəqiq müəyyənləşdirilir.

Belə ki, həmin abidələrin korlanması və ya məhv edilməsi, aidiyyəti qurumla razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunur. Eyni zamanda, abidələrin toxunulmazlığına xələl gətirə və ya onlar üçün təhlükə yarada biləcək tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin, eləcə də abadlaşdırma tədbirlərinin razılaşdırılmadan aparılmasına yol verilməyəcək.

Qanun dəyişikliyi Şuşa şəhərinin tarixi-mədəni irsinin qorunması və abidələrin mühafizəsi sahəsində hüquqi mexanizmlərin gücləndirilməsinə xidmət edir.

You may also like