Kateqoriyasız

Borçalı aşıq mühitini tanıdan yeni layihəyə start verilib

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı yeni layihənin icrasına başlayıb.

İctimai Birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu uvertura.az-a bildirib ki, layihənin əsas məqsədi Azərbaycan aşıq sənətinin inkişafında mühüm yer tutan Borçalı aşıq mühitini daha geniş auditoriyaya tanıtmaqdır.

Layihə çərçivəsində bu məktəbin tarixi, sənət xüsusiyyətləri, yerli aşıqların ifa üslubu, eləcə də zəngin musiqi və dastan repertuarı barədə ətraflı məlumatların təqdim olunması nəzərdə tutulur.

Musa Nəbioğlunun sözlərinə görə, Borçalı aşıq mühitində dastançılıq ənənəsi xüsusi əhəmiyyət daşıyır. Bölgə aşıqlarının özünəməxsus ifa tərzini və yaradıcılıq xüsusiyyətlərini nümayiş etdirmək məqsədilə Bakının nüfuzlu mədəniyyət mərkəzlərindən birində konsert proqramı da təşkil ediləcək.

Layihənin Borçalı aşıq mühitinin daha dərindən araşdırılmasına, həmçinin onun digər aşıq məktəbləri ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinə töhfə verəcəyi gözlənilir.

Oxşar Xəbərlər