Bakı Fotoqrafiya Evində “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisi açılıb.
Uvertura.az xəbər verir ki, layihənin əsas məqsədi gənc yaradıcıların istedadını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək olmaq və əsərlərini geniş auditoriyaya təqdim etməkdir.
Sərgidə müxtəlif janr və üslublarda çalışan gənc rəssamların əsərləri nümayiş olunur. Açılış mərasimində mədəniyyət nümayəndələri, rəssamlar, diplomatlar və müxtəlif ölkələrin səfirlik təmsilçiləri iştirak ediblər.
