Türkiyəli aktrisa Yasemin Ergene uzun fasilədən sonra yenidən ekranlara dönür.

Uvertura.az xəbər verir ki, aktrisa yeni mövsümdə yayımlanması nəzərdə tutulan Tuzlu Kahve serialında “Elit” obrazını canlandıracaq. İddialara görə, o, hər bölüm üçün 2 milyon Türkiyə lirəsi qonorar alacaq.

“Doktorlar” serialındakı Ela obrazı ilə tanınan Ergene ailə qurduqdan sonra aktyorluğa fasilə vermişdi. 2025-ci ildə 14 illik evliliyinin başa çatmasından sonra isə yenidən gələn layihə təkliflərini dəyərləndirməyə başlayıb.

Oxşar Xəbərlər