Bir zamanlar “Aşk-ı Memnu” TV serialında uşaq aktyor olan balaca “Bülent” və daha sonra “Survivor” yarışı ilə şöhrətinə şöhrət qatan Batuhan Karacakaya əsgərlikdən geri qayıdıb.
Uvertüra.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında məlumat verib.
O, qeyd edib ki, vətəni üçün vəzifəsini yerinə yetirən zaman ona kömək edən komandirlər çox yaxşı və ürəyiaçıq idilər: “Allahdan arzu edirəm ki, onların daima köməyi olsun. Əməliyyatlarında iştirak etmək və hərbi məlumat almaq şərəfli idi. Türkiyənin 4 bir bölgəsindən gələn əsgər yoldaşlarım isə məni qardaşları kimi gördülər. Bu, məni çox xoşbəxt etdi. Bu yolda mənimlə bir olan hər kəsə salam olsun, həmçinin yanıma gəlib səninləyik deyənlərə də təkrar salamımı çatdırıram”, – deyə o, qeyd edib.