“Bəzi həkimlər bildirilər ki, yalnızlıq siqaret qədər insan sağlamlığı üçün təhlükəlidir. Amerikada yalnızlıqdan əziyyət çəkənlərin sayı isə rekord səviyyəyə çatıb”.
Uvertüra.az xəbər verir ki, bu haqda NBC News TV-nin aparıcısı Lester Holt deyib.
Bildirilir ki, bu gün Amerikada çox sayda şəxs insan bağlılığının yoxluğundan əziyyət çəkir və özlərini yalnız hiss edirlər. Həkim Vivek Murthy isə qeyd edib ki, yalnızlıq epidemiyadır: “Bu, insanı depressiya, mental problem və intihar həddinə çatdıra bilər. Həmçinin fiziki xəstəliklər də insanda müşahidə edilə bilər”, – deyə həkim əlavə edib.
“Yalnızlıq ürək xəstəliklərini 29%, iflic hallarını 32% və yetkin şəxslər arasında 50% yaddaş pozğunluğu xəstəliyi riskini artırır”. Son bir statistika isə göstərib ki, amerikalı yetkin şəxslərin yarısı ölçüləbilən səviyyədə yalnızlıq yaşayırlar. Bu isə cavanlar ilə müqayisədə daha çox qiymətləndirilir.