Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/
Dünya Xəbərləri Mədəniyyət

Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə – UNESCO-nun mənzil-qərargahında qurumun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib.

Uvertura.az  xəbər verir ki, martın 21-də UNESCO Baş Konfransın prezidenti xanım Simona Mikulesku və İcraiyyə Şurasının sədri xanım Vera Lakulye ilə keçirilən görüşlərdə Azərbaycanın ümumbəşəri mədəni irsin qorunması üzrə milli, regional və beynəlxalq səviyyədə fəaliyyəti barədə müzakirələr aparılıb. Bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə xalqımızın zəngin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliği sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib. Həmçinin, dövlət başçısının təşəbbüsü ilə 2008-ci ildən etibarən başladılan Bakı Prosesi qlobal platformasının mədəniyyətlərarası dialoqun təşviqi vasitəsilə beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə xüsusi töhfəsi qeyd edilib. Bu çərçivədə ölkəmizin beş dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) ev sahibliyi etməsi qarşı tərəfdən yüksək qiymətləndirilib və bu ilin 1-3 may tarixlərində keçirilməsi nəzərdə tutulan VI Foruma dəstək ifadə edilib.

Martın 22-də UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos və Baş direktorunun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Entoni Ohemeng-Boama ilə görüşlərdə UNESCO Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib. Bu çərçivədə, ölkəmizin UNESCO-nun iri miqyaslı tədbirləri və layihələrinin, o cümlədən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının (2013), Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının (2019), MİNEPS – İdman Nazirlərinin VII Görüşünün (2023) və Mədəniyyətlərarası Dialoq Forumlarının (2011-2019) təşkilatçısı və təşəbbüskarı qismində fəaliyyəti xüsusi təqdir edilmişdir. Azərbaycanın Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığı vurğulandı. Görüşlərdə həmçinin İpək Yolları Proqramı, elmi araşdırmalar və nəşrlər üzrə əməkdaşlıq və s. istiqamətlərdə müzakirələr aparılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin bərpa edilməsi istiqamətində fəaliyyət, eyni zamanda, işğal dövründə dağıdılmış və talan edilmiş mədəni irsimizlə bağlı UNESCO mexanizmləri çərçivəsində fəaliyyətlər qeyd edilmişdir.

Baş tutan görüşlərdə Bakıda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ətrafında müzakirələr aparılıb.

Oxşar Xəbərlər