Ankarada fəaliyyət göstərən DODEA beynəlxalq məktəbində beynəlxalq mədəniyyət festivalı keçirilib.
Uvertura.az xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan stendi” ilə iştirak edib. Stenddə ölkəmizin zəngin mədəni irsi, milli dəyərləri, turizm potensialı və incəsənəti təqdim olunub.
Milli yeməklərimiz və şirniyyatlarımız ziyarətçilərə təqdim edilib, Azərbaycan guşəsi böyük maraqla qarşılanıb. Festivalın bədii hissəsində isə “Səda” musiqi kursunun tələbələri milli musiqilərimizdən ibarət proqramla çıxış ediblər.
